Sabah "Gənclik" və "Nərimanov" stansiyaları GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ ÇALIŞACAQ
    • 28-08-2019, 11:14
    • 1 189

Sabah "Gənclik" və "Nərimanov" stansiyaları GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ ÇALIŞACAQ

Sabah keçiriləcək "Qarabağ" - "Linfild" qarşılaşması ilə əlaqədar olaraq Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq. 

Bu barədə News24.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib: "Oyun saat 20:00-da başlayıb, maksimum saat 22:00-da bitəcək. Buna görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq.

Lakin, sıxlığı nəzərə alaraq, "Gənclik" və "Nərimanov" stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Ehtiyac olduğu təqdirdə əlavə qatarlar xəttə buraxılacaq".