Əbülfəs Qarayev və müavinləri bölgələrdə VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK
    • 18-06-2019, 11:52
    • 1 378

Əbülfəs Qarayev və müavinləri bölgələrdə VƏTƏNDAŞLARLA GÖRÜŞƏCƏK

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən iyunun 21-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) Balakən və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən mlumata görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) Şəki şəhəri və Oğuz rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra

№-si

Şəhər (rayon)

Əlaqələndirici

şəxs

Əlaqə

telefonu

1

Balakən rayonu

Şəfəq Hacıyeva

051-663-53-33

024-295-17-23

2

Zaqatala rayonu

Fizzə Mahmudova

055-570-07-37

024-225-24-32

3

Şəki şəhəri

Mirvari Zeynalova

055-462-07-00

024-244-21-60

4

Oğuz  rayonu

Ulduz Baxışova

050-547-18-14

024-215-21-00

5

Qax rayonu

Dilarə Əzizova

055-681-96-93

024-255-22-83