-
- 29-08-2019, 11:29
- 877
Vəhşi heyvan və balıqların ovuna icazələr “ASAN xidmət”də VERİLƏCƏK
Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan “ASAN xidmət”in təmin etdiyi məkanda fəaliyyət göstərəcək.
News24.az xəbər verir ki, bunu, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək: "Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq".
Afaq Mirayiq