-
- 29-08-2019, 11:30
- 1 837
"Dənizə bu cür etinasız münasibət davam etsə sağlamlığımız təhlükə altında qalacaq " - ETSN
"Çimərlik mövsümü başa çatsa da biz Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq".
News24.az-ın xəbərinə görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əsas fəaliyyət hədəflərimizdən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib: "İstirahət mövsümü başa çatsa da, biz Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizəmizi davam etdirəcəyik. Axı niyə dənizin çirkləndirilməsinin qarşısını bu gün almayaq, niyə bu gün görməli olduğumuz işləri sabaha saxlayaq? Çünki Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmazsa, gələcəkdə ağır nəticələrə gətirib çıxarar.
Bugünədək aparılan monitorinqlərin nəticələrinə görə dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan “məcburi göstəriş” verilib. Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq".
İ.İbrahimova onu da əlavə edib ki, əsas narahatedici məqam da var ki, bu da vətəndaş olaraq insanların istirahət üçün üz tutduğun yerlərə müəyyən qədər biganəliyidir: "Yəni dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən çox vaxt bir günlə yaşayırıq. Sabahı fikirləşmədən tullantılarımızı hara gədi atırıq. Düşünmürük ki, sabah bu yerlərə bir də gələcəyik. Beləliklə, özümüz özümüzə qayğısız yanaşırıq və nəticədə yenə də yan-yörəmizi çirkləndirməklə fəsadlarla özümüz üzləşirik. Odur ki, çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin. Yəni, hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bildirib ki, aparılan monitorinqin nəticələrini açıqlayıb: "Xəzər dənizinin Azərbaycan sektorunda şimaldan cənubadək olan sahil zolağı boyunca apardığımız son monitorinqlərin nəticəsinə görə dənizin şimal sahilində fəaliyyət göstərən “Təhsil”, “Elfaro”, “Oberluks”, “Palma”, “Atlant” və “Liverin”, Şıx çimərliyi ərazisində isə “Dostluq”, “Ramada” istirahət mərkəzləri təmizləyici qurğular istismar ediblər. Digər obyektlərin hamısının bu gün də Xəzəri çirkləndirməkdə davam etdiyi müəyyən edilib.
Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Sahil, Lənkəran və Astara ərazilərində fəaliyyət göstərən bütün ictimai-iaşə obyektləri də tullantı sularını birbaşa olmasa da dolayı yolla Xəzərə axıtmaqda davam edir.
Bir daha dənizi çirkləndirənlərə bildiririk ki, dənizə bu cür etinasız münasibət davam edərsə, hamımızın sağlamlığımız təhlükə altında qala bilər. Onları primitiv, köhnə üsullardan uzaqlaşıb müasir texnologiyalardan istifadə etməklə fəaliyyət göstərməyə səsləyirik. Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər.
Afaq Mirayiq