Bakıda “Niva şou”: Özünü qızlara göstərmək istədi, “avtoşluq” etdi – VİDEO
    • 29-08-2019, 13:16
    • 1 590

Bakıda “Niva şou”: Özünü qızlara göstərmək istədi, “avtoşluq” etdi – VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edən sürücünü saxlayıb.

 99 RT 100 dövlət nömrə nişanlı, “Niva” markalı avtomobilin sürücüsü Rüfət Mustafazadə Neftçilər prospektində avtoxuliqanlıq hərəkətləri edib.

O, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının baş inspektoru Fariz Əliyev tərəfindən saxlanılıb. Sürücünün hərəkətləri digər avtomobildə olan qızlar tərəfindən çəkilərək sosial şəbəkələrdə yayılıb.

Eyni zamanda, “Təhlükəsiz şəhər” kameraları vasitəsilə aşkarlanmış görüntülər və toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına görə, sürücülük hüququ olmayan 17 yaşlı Rüfət Mustafazadə 800 manat məbləğində cərimə olunub.
O, əməlindən peşman olduğunu bildirib. /Avtosfer.az/