Bu yağlar - TƏHLÜKƏLİDİR!

Bu yağlar - TƏHLÜKƏLİDİR! Sağlamlıq

Almaniyada aparılan testlərdə bəzi yeməli yağların sağlamlıq üçün təhlükəli olduğu ortaya çıxıb. 50 yağ yoxlanılıb, amma yalnız 5-i "çox yaxşı" nəticə alıb. Digərləri zərərli maddələrə görə testdən keçməyib.

News24.az xəbər verir ki, Mazola markalı yer fıstığı yağında xərçəng riski yaradan maddələr tapılıb. Rewe markalı kabak çəyirdəyi yağında isə təhlükəli maddələr normadan 6 dəfə artıq olub. Rewe bu yağı dərhal geri çağırılıb.

Ən bahalı yağlardan biri olan Byodo markalı ceviz yağı da testdən kəsilib. Bu da göstərir ki, bahalı və “orqanik” yazısı olan məhsullar da təhlükəli ola bilər.

Mütəxəssislər xəbərdarlıq edir: Etikətə yox, məhsulun tərkibinə baxın. Sağlamlıq üçün təhlükəli maddələr gizli ola bilər.

Xeyrənsə Piriyeva