Gənc kursantlarımız hədəfləri MƏHV ETDİ- FOTO -VİDEO
    • 29-08-2019, 18:15
    • 779

Gənc kursantlarımız hədəfləri MƏHV ETDİ- FOTO -VİDEO

Gənc kursantların hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl  çıxışları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədris prosesinin təqvim qrafiki əsasında səhra şəraitində keçirilən məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.

Çalışmaların yekununda kursantların hazırlığı əldə etdikləri nəticəyə əsasən qiymətləndiriləcək.