Bütün ixtisaslar üzrə kursantların intensiv hazırlığı davam edir - VİDEO
    • 13-04-2019, 14:50
    • 810

Bütün ixtisaslar üzrə kursantların intensiv hazırlığı davam edir - VİDEO

“Qaraheybət” təlim mərkəzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlarının bütün ixtisaslar üzrə intensiv hazırlığı davam edir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, təlimlərdə şəxsi heyət mərhələlərlə zirehli döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikaların ştat silahından və artilleriya qurğularından praktiki döyüş atışları icra edir.