Porno videolara görə tutulmuş şəxs qadını bıçaqladı
    • 29-08-2019, 21:41
    • 671

Porno videolara görə tutulmuş şəxs qadını bıçaqladı

Bakıda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib. Belə ki, 1980-cı il təvəllüdlü M. G.-a qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Zərərçəkən şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Fakt üzrə Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Cavanşir Quli oğlu saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, o, RF Cinayət məcəlləsinin 242-ci maddəsinə (Pornoqrafik materialların qanunsuz istehsal və dövriyyəsi, onların yayılması) müvafiq olaraq məhkum edilib. Hazırda cinayətin motivləri araşdırılır. Sağlamlığa ağır xəsarət yetirilməsi faktı üzrə AR Cinayət Məcəlləsinin 126-cı maddəsinə müvafiq olaraq cinayət işi açılıb.