"Şampan ürəyə xeyirdir, insanda qorxmazlıq yaradır" - VÜQAR MİKAYILOV
    • 30-08-2019, 12:33
    • 1 324

"Şampan ürəyə xeyirdir, insanda qorxmazlıq yaradır" - VÜQAR MİKAYILOV

"Azərbaycanda şampan içmək mədəniyyəti yoxdur. Bir zavod var idi, onu da şampana aksiz markasının rüsumu qaldırılandan sonra, bağladılar".

News24.az xəbər verir ki, bu sözləri professor, texnika elmləri doktoru, "AzQranata" zavodunun direktoru Vüqar Mikayılov Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan Dəyirmi Masadaı söyləyib: Zavodun bağlanması çox yalnış qərar idi. Çünki şampan üzümdən hazırlanır. Taxıl və ya spirtdən hazırlansaydı, o zaman artırmaq olardı. Şampan ürək xəstəliyi olanlar üçün ən güclü müalicəvi məhsullardan biridir. Hətta müharibə dövründə qırıcı təyyarə idarə edənlərə öldürdüyü hər adama görə bir şampan verilridi. Çünki insan ürəyində qorxmazlıq yaradır.
Bunu deməyimdə məqsədim odur ki, dövlətimiz tərəfindən bizə 6 faiz gəlir verilir. Bu gün məhz bunun sayəsində də eksport fəaliyyətimiz 30 faiz inkişaf etdi. Ancaq eksport fəaliyyətini 100 faiz inkişaf etdirmək üçün sadaladıqlarıma əməl etmək laızmdır. Bu, mənim şəxsi fikrimdir və inanıram ki, şərab zavodları mənimlə həmrəy ola bilərlər. Çünki, Rusiya və Ukraynadan gələn qonaqlarımızın qarşısına şərab əvəzinə vodka qoyuruqsa, bu 70 ildir təkrar olunur. Amma ruslar son illərdir şərab içir. İdxal da artıb. Bilirlər ki, bu xeyirdir. Üzümün tərkibində 400 maddə varsa, biokimyəvi çevrilmə nəticəsində 800 maddə olur".