Yaşlılarda hərəkət qabiliyyəti üçün sürətli gəzməyin - FAYDALARI

Yaşlılarda hərəkət qabiliyyəti üçün sürətli gəzməyin - FAYDALARI Sağlamlıq

Son araşdırmalar göstərir ki, yaşlı insanların sağlam və müstəqil həyat sürməsi üçün sürətli tempoda gəzmək mühüm rol oynayır. Xüsusilə gündəlik işləri daha rahat yerinə yetirmək və hərəkət elastikliyini qorumaq üçün yüngül, lakin sürətli yürüşlər tövsiyə olunur.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Chicago Universiteti tərəfindən aparılan bir tədqiqatda, gündəlik fəaliyyətlərdə çətinlik çəkən və "zəif" olaraq təsnif edilən yaşlılar üzərində müşahidələr aparılıb. İştirakçılar iki qrupa ayrılıb – birinci qrup adi tempdə gəzməyə davam edib, ikinci qrup isə daha sürətli addımlamağa təşviq olunub.

Nəticələr maraqlıdır:

Dəqiqədə 14 və daha çox addım atan yaşlılarda fiziki çeviklik artıb

“Zəiflik” simptomları azalıb

Uzun məsafələrə getmək daha asanlaşıb

Ümumi bədən kondisyonu yaxşılaşıb

Mütəxəssislər qeyd edir ki, sürətli gəzinti yaşlılara gündəlik işlərini daha müstəqil yerinə yetirməyə kömək edir. Onlara yürüş zamanı tempə və dəqiqəlik addım sayına diqqət etmələri tövsiyə olunur.

Nəticə olaraq, bir qədər sürətli gəzmək, yaşlıların sağlamlığını qorumaqla yanaşı, həyat keyfiyyətini də artırır.

Xeyrənsə Piriyeva