UEFA-dan azərbaycanlı hakim-inspektora növbəti təyinat
İdman
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
"Unikal" xəbər verir ki, O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək FK “Sutyeska” (Monteneqro) – “Beytar” (İsrail) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Nikşiç şəhərinin eyniadlı stadionunda baş tutacaq.