Fransadan Rusiyaya daha bir ZƏRBƏ: - "Çox sərt olacaq"

Fransadan Rusiyaya daha bir ZƏRBƏ: - "Çox sərt olacaq" Dünya

Fransa Xarici İşlər Nazirliyi Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı təkliflər hazırladığını açıqlayıb. 

News24.az xəbər verir ki, bu barədə "France Inter radiosu"nda Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

“Mən artıq komandamdan daha sərt sanksiyalar paketi hazırlamağı xahiş etmişəm”, - deyə bildirib. 

Nazirin sözlərinə görə, söhbət konkret olaraq Fransadan yox, Aİ səviyyəsində sanksiyalardan gedir, çünki birliyin bütün ölkələrinin iqtisadi çəkisi ABŞ- la razılaşdırılaraq Rusiyaya təzyiq cəhdlərinə imkan verəcək. Barrot vurğulayıb ki, o, yeni Avropa sanksiyalar paketinin tezliklə qəbul ediləcəyini gözləyir.

O əlavə edib ki, may ayında 17-ci sanksiyalar paketinin qəbuluna görə məsuliyyət daşıyan Fransa tərəfidir.

Bundan əvvəl Barrot səfirlərin konfransında iştirak etmək üçün Ukraynaya səfər edəcəyini açıqlamışdı . Fransa mətbuatının məlumatına görə, nazir artıq  Kiyevə gəlib .

Aqil