İşlədiyi fermadan 24 baş xırdabuynuzlu heyvan oğurladı - Video
    • 31-08-2019, 19:56
    • 907

İşlədiyi fermadan 24 baş xırdabuynuzlu heyvan oğurladı - Video

Zərdabda işlədiyi fermadan xırdabuynuzlu heyvan oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.
News24.az Azərtac-a istinadən xəbər verir ki, rayonun Körpükənd kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Rusif Məhəmmədəli oğlu avqustun 29-da DİN-in “102 xidməti zəng mərkəzi”nə və Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, avqustun 24-də ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının oğurlandığı barədə məlumat verib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov Rusif Məhəmmədəli oğluna məxsus Körpükənd kəndi ərazisindəki fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən şəxs - rayonun Allahqulubağı kənd sakini 1992-ci il təvəllüdlü Mahmudov Əşrəf Mahmudəli oğlu saxlanılıb.
Qeyd edək ki, Əşrəf Mahmudov 2019-cu ilin iyul ayının ortalarından bir ay müddətində həmin təsərrüfatda çalışıb.
Faktla bağlı araşdırma aparılır.