-
- 2-09-2019, 11:32
- 716
BŞTİ 8040 vətəndaşın müraciətinə baxıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin avqust ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən News24.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 8 040 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1761 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4 221 vətəndaş müraciəti daxil olub. 192 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1 350 sənəd (vətəndaşlar tərəfindən 330 ərizə, Təhsil Nazirliyindən 148, digər qurumlardan 113, məktəblərdən 441 məktub, 74 strukturdaxili yazışma və 244 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 516elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.