-
- 4-11-2019, 10:01
- 628
12029 valideynin şikayətinə baxıldı
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin oktyabr ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən News24.az-a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 12 029 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 1 024 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 7 370 vətəndaş müraciəti daxil olub. 273 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 2 829 sənəd (vətəndaşlar tərəfindən 473 ərizə, Təhsil Nazirliyindən 349, digər qurumlardan 279, məktəblərdən 1 324 məktub, 47 strukturdaxili yazışma və 357 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 533 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, məktəbəhazırlıq qruplarına və I sinfə uşaqların qəbulu, şagirdlərin elektron yerdəyişməsi, tədrisin təşkili, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.
Qeyd edək ki, oktyabr ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 7 rayonu (Xəzər, Pirallahı, Nizami, Nərimanov, Yasamal, Səbail və Qaradağ rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.