Azərbaycandakı 320 min fermer... - nazir müavini
    • 2-09-2019, 16:48
    • 1 663

Azərbaycandakı 320 min fermer... - nazir müavini

Fermerlərə subsidiyalar gələn ilin yanvar ayının 15-dən sonra veriləcək.

News24.az
xəbər verir ki, bunu Kənd Təsərüfatı nazirinin müavini İlham Quliyev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, builki sınaq müddətində hansısa bir çatışmazlıq olarsa, onun qarşısı allnacaq. Həmçinin nazir müavini bildirib ki, 2020-ci ilin yanvarın 1-dən gübrənin güzəştli satılmasına görə verilən subsidiya nəzərdə tutulmayıb: "Çünki veriləcək subsidiyanın məbləğində bu nəzərə alınıb. Yenə əvvəlki kimi alınan gübrənin 30 faizini fermer, 70 faizini isə dövlət subsidiya vasitəsilə qarşılayacaq. Gübrənin alınması elektron qaydada həyata keçiriləcək, təchizatçılar bu səpkidə ciddi işlər aparır və onlar subsidiya informasıya sisteminə elektron qaydada qoşulurlar". 

Nazir müavini bu hesablamaların 2019-cu ildə ayrılan vəsait çərçivəsində təmin edildiyini qeyd edib: "Çalışmışıq ki, burada artım olmasın. Bu gün elektron kənd təsərrüfatı sistemində 320 min fermer qeydiyyatdan keçib. Bu iş davam edir. Hesab edirəm ki, bu rəqəmdə o qədər də dəyişiklik olmayacaq. Biz çalışacağıq ki, fermerlər bu məsələdə çox əziyyət çəkməsinlər. Kartların hazırlanması üçün könüllüləri də bu işə cəlb etmişik".

Afaq Mirayiq