-
- 2-09-2019, 16:29
- 1 314
Kənd Təsərrüfatı Sisteminə yalan məlumat verən fermer CƏZALANDIRILACAQ
Azərbaycanda əkin sahəsi barədə Kənd Təsərrüfatı Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum ola bilər.
News24.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konftəransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, sistemə fermer tərəfindən daxil edilən infomasiya operativ yoxlanacaq və araşdırılacaq. Əgər daxil edilən informasiyada 30 faizə qədər səhv məlumat aşkarlanarsa, həmin 30 faiz silinəcək və fermerə qanuni düşən subsidiya veriləcək: "Əgər məlumatda 30-50 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq. Əgər xəta 50 faizdən artıq olarsa fermer 1 il subsidiyadan məhrum ediləcək".
Afaq Mirayiq