9 illik bazadan kolleclərə qəbul olanların NƏZƏRİNƏ
    • 4-09-2019, 11:30
    • 605

9 illik bazadan kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanlar 2019-cu il sentyabrın 4-dən 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.