"Oğlum bar qızına görə evdən qaçıb" - İtkin yeniyetmənin ATASI DANIŞDI - FOTOLAR - YENİLƏNİB
    • 4-09-2019, 16:31
    • 972

"Oğlum bar qızına görə evdən qaçıb" - İtkin yeniyetmənin ATASI DANIŞDI - FOTOLAR - YENİLƏNİB

"19 gündür ki, oğlumdan xəbər-ətər yoxdur". 

Bu sözləri News24.az-a danışan itkin düşmüş yeniyetmənin atası İslam Fərzəliyev bildirib. Onun sözlərinə görə, 20 günə yaxındır ki, övladlarından xəbər ala bilmirlər: "İyulun 15-i səhər 8-9 arası evdən şıxıb. İki gün sonra bibisioğluna zəng edib deyib ki, atama demə, amma mən Bakıda "moyka"da işləyirəm. Ondan aldığımız axırıncı xəbər bu olub. Həmin gündən Əlikramdan xəbər yoxdur".

Atanın dediyinə görə, oğlu evi bir qız üzündən tərk edib: "Əlikramın nə mənimlə, nə evdəkilərlə problemi, mübahisəsi olmayıb. Onun qaçmasının bircə səbəbi var. Bakıda o, bir bar qızıyla tanış olub. Çox güman ki, həmin qızın təsiri altındadır. Ona görə evdən qaçıb və bizimlə əlaqə saxlamır".

İslam Fərzəliyev deyir ki, oğlu bundan öncə də evdən qaçıb. Amma o zaman işləmək üçün evi tərk edib: "Oğlum bundan əvvəl evdən qaçanda onu yanında işlədən şəxs maşını ilə gətirib blokun qabağında düşürmüşdü. Çünki biz onun itməsi haqda "Xəzər" TV-də məlumat vermişdik. O da oğlum azyaşlı olduğu üçün ehtiyatlanlb. Güman ki, o qadınla da həmin ərəfədə tanış olub. Çünki evdəkilər Əlikramın cibindən həmin qadının nömrəsini tapmışdılar. Onunla danışnda bildik ki, boşanmış, bir uşaqlı qadındır.  İni də düşünürük ki, oğlumuz onun yanındadır. Çünki oğlumun Bakıda evində qalacağı yaxını yoxdur . Onun 17 yaşı yenicə tamam olub. Yəni yeniyetmə uşaqdır. Bakını da düz əməlli tanımır. Bu 19 gündə o harda, kiminlə qalıb? Polisə xəbər verəndən sonra bir nəfər zəng edib bizə dedi ki, maşın bazarında oğluma oxşar bir nəfəri görüb. Yanında bir qızla "peraşki" satırmış".



***
14.17
Evdən iş adı ilə gedən gənc oğlan iki aydır yoxa çıxıb.

Siyəzən rayon Yenikənd sakini 2002-ci il təvəllüdlü Fərzəliyev Əlikram İslam oğlu iki aydır axtarışdadır.
Gəncin atası İslam Fərzəliyevin Trend-ə veridyi məlumata görə, oğlu iyul ayının 15-i yaşadığı evdən işləmək adı ilə çıxıb. İ.Fərzəliyev telefonla Ə.Fərzəliyevlə ilə əlaqə saxladıqda o, Bakıda avtoyuma məntəqəsində işə düzəldiyini söyləyib.
Bir müddət sonra yenidən oğlu ilə əlaqə saxlamaq istəyən ata buna nail ola bilməyib, belə ki, gəncin telefonu qapalı olub. Həmin gündən Ə.Fərzəliyevdən xəbər yoxdur. İtkin düşən şəxsin atası qeyd edib ki, oğlu ikinci dəfə yoxa çıxır.
Ə.Fərzəliyevin yaxınları məsələ ilə bağlı polisə də müraciət ediblər. /trend/