"Qayıtmağa pulu olmayıb..." - İtən məktəblinin atası danışdı
    • 31-05-2019, 17:02
    • 781

"Qayıtmağa pulu olmayıb..." - İtən məktəblinin atası danışdı

Cəlilabad rayonunda itkin düşmüş məktəbli tapılıb.

News24.az xəbər verir ki, bu barədə itkin düşmüş oğlanın atası Elman Miriyev  məlumat verib. Onun dediyinə görə, oğlu - Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəlini kənd camaatı  rayon mərkəzindən tapıb: “Oğlum Cəlilabadın “Tut bağı” adlanan hissəsindən tapılıb.. Ora gəzməyə gedibmiş. Amma qayıtmağa üstündə pul olmayıb deyə gecə orda qalıb. Şükür Allaha, tapıldı”.   Elman Miriyev deyir ki, oğlunun itkin düşməsinin heç bir xüsusi səbəbi yoxdur: “Uşaq rayon mərkəzinə gəzməyə gedib.  Nə o evdə bizimlə mübahisə edib, nə də biz ona ağır söz demişik. Yəni onun bir günlük itməsində başqa səbəb yoxdur. Sadəcə, uşaq evdən gəzməyə getmək üçün çıxıb”.