Azərbaycanlı “Böyük Çin səddi” təqaüd PROQRAMINI QAZANDI
    • 5-09-2019, 12:03
    • 896

Azərbaycanlı “Böyük Çin səddi” təqaüd PROQRAMINI QAZANDI

YUNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, proqram üzrə bir nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.

Qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə YUNESKO tərəfindən qarşılanacaq. Təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib.