DİN hospitalının işçisi burun əməliyyatından sonra ÖLDÜ
    • 5-09-2019, 16:27
    • 995

DİN hospitalının işçisi burun əməliyyatından sonra ÖLDÜ

Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı rinoplastikanın növbəti qurbanına çevrilib.

Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata əsasən, tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölüb. İlkin diaqnozda ölümün ağciyər arteriyasının tromboemboliyası nəticəsində baş verdiyi qeyd olunur.

Hazırda Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır. Hələlik cinayət işi açılmayıb, saxlanılan yoxdur.

Oxşar hadisə paytaxtda bu ilin aprelində də baş vermişdi. 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva çəpər əyriliyi üzrə üç əməliyyat keçirdikdən sonra qan itirərək 18 apreldə dünyasını dəyişmişdi.

Azərbaycanda burun əməliyyatı zamanı ölüm faktları daha öncə də dəfələrlə qeydə alınıb.