Azərbaycanlı gənc Ərdoğanı görmək üçün 17 gün velosiped sürəcək
    • 5-09-2019, 21:32
    • 893

Azərbaycanlı gənc Ərdoğanı görmək üçün 17 gün velosiped sürəcək

Azərbaycanlı gənc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün səfərə çıxıb.
News24.az xəbər verir ki, Zaqataladan olan İzzədin Abdullayev Türkiyəyə velosipedlə gedir.
O, paytaxt Ankaraya 16-17 günə çatacağını planlaşdırır.
Ərdoğanla görüşməyin çoxdankı arzusu olduğunu bildirən Abdullayev, Türkiyə Prezidentini çox istədiyini söyləyib.
"İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar", - deyə İzzədin Abdullayev deyib.