-
- 6-09-2019, 01:42
- 840
Velosiped sürmək ömrü uzadır
Fiziki məşğələlərin böyük müalicəvi və arıqladıcı təsirə malik bir növü velosipeddə gəzintidir.
News24.az -ın məlumatına görə, yüklənmənin rahat tənzim edilməsi, bədən çəkisinin aşağı ətraflara təzyiqinin olmaması, bütün hərəkət mərhələlərində işin bərabər paylanılması, hərarətin nizamlanmasına kömək edən küləyin qarşıdan gələn axını və digər səbəblər velosipeddə gəzintini tsiklik yüklənmənin ən xoşagələn növlərindən birinə çevirir. Qrup şəklində arıqlamaq istəyənlər və yaşlılar ondan daha çox istifadə edirlər. Velosiped təkərləri üzərində gəzinti ürək-damar sisteminə müsbət təsir göstərir.
Velosiped sürərkən orqanizmin ümumi dözümlüyü yüksəlir, ayaq əzələləri möhkəmlənir, tənəffüs və ürək-damar sistemlərinin fəaliyyəti yaxşılaşır. Belə gəzinti damarların varikoz genişlənməsindən əziyyət çəkənlər üçün daha çox əlverişlidir. Pedallara təzyiq və istirahət fazalarının ardıcıl dəyişməsi ilə baş verən dövrü hərəkətlər aşağı ətraflarda qan dövranını tezləşdirir və damarlarda qanın durğunluq hallarını azaldır. Kişilər üçün çox vacib olan kiçik çanaq qanla yaxşı təmin olunur, görmə qabiliyyəti və əsəb sistemi möhkəmlənir.
Velosiped sürmək piyin əriməsi üçün optimal vasitədir. Gündəlik velosiped gəzintisi zamanı oynaq və vətərlərin az yüklənməsinə görə nəticələrin tez artımı baş verir. Velosiped sürərkən minimal sürət saatda 9 kilometr təşkil edərsə, bir saat ərzində 185 kalori itirilir və hərəkətin orta sürəti saatda 10 -12 kilometrə çatanda 320 kalori sərf edilir. Saatda 20 kilometr gedərkən kalorilərin sərfi saatda 550-yə çatır. Həmin göstərici müxtəlif bədən çəkisi olanların hamısına uyğun gəlir.