“Yaşıl Bakımız” təşəbbüs qrupu vətəndaşlara müraciət etdi
    • 6-09-2019, 13:16
    • 641

“Yaşıl Bakımız” təşəbbüs qrupu vətəndaşlara müraciət etdi

“Yaşıl Bakımız” təşəbbüs qrupu paytaxtda fəaliyyət göstərən iş adamlarına və sakinlərə müraciət edib.

Qurumdan News24.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Sürətlə inkişaf edərək dünyanın ən müasir şəhərlərindən birinə çevrilən Bakı şəhərinin daha da gözəlləşməsi məqsədilə paytaxtda yeni yaşıl guşələrin yaradılması və onların qorunması işlərinə start verilib.

Bununla əlaqədar Bakı şəhərində fəaliyyət göstərən sahibkarlara və iş adamlarına öz obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması ilə bağlı müraciət edirik. Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər şəhərimizin daha da gözəlləşməsinə xidmət edəcək.

Yaşıllaşdırma sahəsində uğurlar əldə etmiş bir çox şəhərlərin təcrübəsində sahibkarlar tərəfindən obyektlərinin qarşısında yaşıl guşələrin yaradılması və saxlanılması praktikası mövcuddur.

Bakı Şəhər Yaşıllaşdırma Departamenti hamını bu nəcib işlərdə fəal olmağa çağırır".

Afaq Mirayiq