"Jara"nın möhtəşəm təqdimatı - FOTO
    • 6-09-2019, 14:26
    • 904

"Jara"nın möhtəşəm təqdimatı - FOTO

Ötən axşam Heydər Əliyev Mərkəzində "Jara" komediya filminin təqdimat mərisimi baş tutub.

News24.az xəbər verir ki, gecəyə yerli və rusiyalı məşhur simalar qatılıblar. Xalq artisti Emin Ağalarovun baş prodüseri olduğu ekran işində rekord sayda tanınmış şəxslər rol alıb. 

Filmin çəkilişləri “JARA” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Belə bir lokasiyasının və çəkilişlərin vaxt seçimi film yaradıcılarına bir neçə günlük Rusiya və Azərbaycanın əsas ulduzlarını bir arada yığmaq imkanı yaradıb. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıda keçirilən “JARA” festivalına uçurlar. Onların arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və “JARA” festivalının ulduzu olaraq tədbiri öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edir.

D.Pojarskaya “Otel Eleon” serialında, eləcə də Emin Ağalarovun "İnanılmaz" və "Wicked Game" mahnılarına çəkilmiş kliplərdə rol alıb.

Qeyd edək ki, "Jara" filmi sentyabrın 5-dən etibarən ölkənin tanınmış kinoteatrlarında nümayiş olunur.