-
- 6-09-2019, 23:14
- 1 128
Bakıda şöbə müdirini avtomobillə vurub öldürən yeniyetməyə 3 il həbs cəzası verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
News24.az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Q.Qurbanov üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai rayon Polis idarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin "Nissan" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.
Qeyd edək ki, Ləman Süleymanlı banklardan birində şöbə müdiri vəzifəsində çalışıb.