Avropa İttifaqı Azərbaycana yeni səfir təyin etdi

Avropa İttifaqı Azərbaycana yeni səfir təyin etdi Dünya

Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.

News24.az xəbər verir ki, bu vəzifəyə Mariyana Kuyundziç gətirilib.

Məlumatı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb.

Qeyd edək ki, yeni səfir hazırda Xorvatiyanın Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində çalışır.