Gəncədə azyaşlı bədbəxt hadisə nəticəsində öldü

Gəncədə azyaşlı bədbəxt hadisə nəticəsində öldü Hadisə

Gəncə şəhərində velosipeddən yıxılan 8 yaşlı uşaq vəfat edib. 

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü A. Abbasova ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Həkimlərin səyinə baxmayaraq uşaq xəstəxanada vəfat edib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.