14 yaşlı yeniyetməni maşın vurub öldürdü

14 yaşlı yeniyetməni maşın vurub öldürdü Hadisə

Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində sərnişin - 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.