İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ oldu Dünya

İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 300 mindən çox insanın yaşadığı Benqkulu şəhərindən 176 km şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.