-
- 9-09-2019, 21:01
- 822
Polis məscidin divarından Mübariz İbrahimovun şəklini sökdürdü - VİDEO
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən "Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan və divara vurulan plakatları sökməyi əmr edib.
News24.az xəbər verir ki, bu barədə "Yeni Sabah”a Kərbəla faciəsi ilə bağlı əzadarlığa toplaşan dindarlar məlumat verib.
"Biz qərara gəldik ki, şəhidlərimizin də plakatlarını divara vuraq. Onlar da şəhidlik kimi uca zirvəyə yüksəliblər. Kərbəla faciəsinə görə təşkil olunan əzadarlıq məclislərində bütün şəhidlər anılır. Bu il bunu əyani şəkildə nümayiş etdirmək istədik.
Həm də fikirləşdik ki, bir nümunə olsun. Əzadarlığa gələn insanlar şəhidlərimizin fotolarını görüb onları da yad etsinlər. Lakin bu gün polislər gəlib əmr etdilər ki, plakatları sökün”,- deyə dindarlar bildirib.
Onların sözlərinə görə, polis bu addımı heç nə ilə əsaslandırmayıb: "Dedilər ki, göstəriş "yuxarıdandır”, vəssalam. Bizə vaxt verib getdilər. Biz də məcbur olub sökməyə başlamışıq. İstəmirik ki, qarşıdurma olsun”.
Artıq Milli Qəhrəman Mübariz İbrahimov və Fərid Əhmədovun fotroları olan plakatlar sökülüb.
/Anews.az/