Narkotacirdən 2,3 kq marixuana GÖTÜRÜLDÜ
    • 10-09-2019, 11:36
    • 2 164

Narkotacirdən 2,3 kq marixuana GÖTÜRÜLDÜ

Samux Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini C.Bəylərov saxlanılıb.

Bu barədə News24.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, şəxsi axtarış zamanı ondan 2,3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.