Bakıda narkotik alverçisi TUTULDU
    • 24-03-2020, 14:03
    • 629

Bakıda narkotik alverçisi TUTULDU

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Pirallahı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Pirallahı qəsəbə sakini E.Zeynalov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb.