Paşinyan da Danimarkaya getdi

Paşinyan da Danimarkaya getdi Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya gedib.

News24.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Paşinyanın adminstrasiyası məlumat yayıb.

Bildirilir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə keçiriləcək “Avropa Siyasi Birliyi”nin 7-ci sammitində iştirak edəcək.

Səfər çərçivəsində Ermənistan hökumət başçısının beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.