"Futbolçularıma əsgər kimi savaşmağı tapşırmışam" - "Qarabağ"ın baş məşqçisi

"Futbolçularıma əsgər kimi savaşmağı tapşırmışam" - "Qarabağ"ın baş məşqçisi İdman

"İllərdi yığılan təcrübə həyəcanımı basdırmağa kömək etdi". 

News24.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının əsas liqa mərhələsinin 2-ci tur oyunu olan "Qarabağ"-"Kopenhagen" oyunundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onun sözlərinə görə, biz uğura da, uğursuzluğa da hazır olmalıyıq: "Qardaş ölkədən bizə dəstək olunursa, "Qarabağ" haqqında məlumat verilirsə, bu bizim üçün böyük sevincdir. Mən də türk futbol qruplarına təşəkkür edirəm və uğurlar arzulayıram".

Baş məşqçi qeyd edib ki, onun üçün vacib olan komandanın adıdır: " Mənim üçün əsas komandanın adıdır. Hər zaman "Qarabağ"ın adını qoruyub saxlamağa çalışmışam. Futbolçularıma əsgər kimi vuruşmağı tapşırmışam. 

Nadir hallarda, komanda çox yorğun olduqda bunu edə bilməyib. Uğur isə gəlməyə davam edəcək. Çünki bu futboldur, hər şey ola bilər". 

Xeyrənsə Piriyeva