"İşçisinin toyuna getmədim deyə, ATV mənə qadağa qoydu"- İRADƏ İBRAHİMOVA
    • 8-04-2020, 13:41
    • 922

"İşçisinin toyuna getmədim deyə, ATV mənə qadağa qoydu"- İRADƏ İBRAHİMOVA

Müğənni İradə İbrahimova sosial şəbəkədə aktivlik nümayış etdirir.

News24.az xəbər verir ki, o, bu dəfə "İnstagram"da rejissor Nail Naiboğlunun suallarını cavablandırıb. İbrahimova şəxsi həyatından söz açıb: "Ailə quranda 29 yaşım var idi. Ceyhun mənə sənətlə bağlı heç bir qadağa qoymamışdı. Hətta deyirdi, uşaq da gec olsun. Özüm istədim ki, tez ana olum. Ailəmə, yoldaşıma özüm qulluq etmək istədim. Özümü ailəli qadın rolunda görürdüm. Anladım ki, hansı zirvədə olsaq da, bir qadının sonu evdə öz övladına baxmaqdır. Qadın üçün bundan böyük missiya yoxdur. Ona görə də sənətim keçib ikinci plana".

İ. İbrahimova başına gələn əhvalatı da danışıb: "Ərə gedəndə sənətimin zirvəsində idim. Gün ərzində 10 verilişə qatılırdım. Fikirləşirəm, indiki durumda onu bacarmazdım. Bir dəfə proqramda oxuyanda maşınımın şüşəsini sındırıb çantamı oğurlamışdılar. İşə polis qarışdı. Həmin gün də ATV kanalında bir işçinin toyuna çağrılmışdım. Gedə bilmədim. Kanaldan da elə bildilər hörmətsizlik etmişəm və mənə bir müddət qadağa qoydular".

Sevda Bayramova