"Teatrlara birdəfəlik maddi yardım göstərilib" - MƏDƏNİYYƏT NAZİRİ
    • 12-09-2019, 17:00
    • 713

"Teatrlara birdəfəlik maddi yardım göstərilib" - MƏDƏNİYYƏT NAZİRİ

“Teatr, konsert müəssisələri mövsümü açır. Yay mövsümündə onlar yeni yaradıcı işlər ərsəyə gətiriblər".

News24.az xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün müəssisələrə yeni dövlət sifarişləri verilib: "Teatrların hamısına birdəfəlik maddi yardım göstərilib. Bir sıra köhnə teatrlar bərpa olunub, proses davamlı şəkildə aparılır. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək".

Nazir qeyd edib ki, Üzeyir Hacıbəyli adına Beynəlxalq Festivalda bu il Rusiya, Çin və Avstriyadan qonaqlar olacaq: "Bu il həmçinin bir sıra vacib tədbirlər həyata keçiriləcək. Rəssamların beynəlxalq seminarları, caz festivalları, kitab sərgiləri, YARAT-ın tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Heydər Əliyev Fondu, şəxsən Leyla Əliyeva tərəfindən "Böyük nəsil" festivalı gerçəkləşəcək".

Sevda Bayramova