-
- 12-09-2019, 18:32
- 576
Keçmiş məhkum məcburi köçkünün evindən OĞURLUQ ETDİ
Məcburi köçkünün mənzilindən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Deprtamentindən Xocavənd rayon Polis Şöbəsinə məlumat daxil olub. Müraciətdə məcburi köçkünlər üçün salınmış qəsəbədəki mənzillərin birindən oğurluq edildiyi bildirilib.
Məlumatla əlaqədar müvafiq tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib. Həmin mənzildən 350 manat dəyərində 1 ədəd su qızdırıcısının oğurlandığı müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum edilmiş Razin Cəfərov saxlanılıb. Oğurlanmış su qızdırıcısı maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.