Vüqardan qadın həmkarlarına qadağa: "Kim sizi bacı kimi qəbul edirsə..." - FOTO
    • 17-08-2018, 10:17
    • 1 318

Vüqardan qadın həmkarlarına qadağa: "Kim sizi bacı kimi qəbul edirsə..." - FOTO

Müğənni Vüqar Muradov xanım həmkarlarına mesaj ünvanlayıb. 

Belə ki, ifaçı şəxsi instagram hesabında foto paylaşaraq ona qardaşım deyənlərə qadağa qoyduğunu bildirib:

"Xüsusən şou-biznesdə olan xanımlar, mənə qardaşım deməyinizi sizə qadağan edirəm. Biz ancaq sənət dostu ola bilərik. Ağır söz deyib çoxunu sındırmaq istəmirəm. Bu qədər də olmaz axı. Kim sizi bacı kimi qəbul edirsə öz işidir. Axirətdə bacım olasız".