DİN-dən əməliyyat: 27 NƏFƏR SAXLANILDI
    • 14-09-2019, 11:06
    • 497

DİN-dən əməliyyat: 27 NƏFƏR SAXLANILDI

2019-cu il sentyabr ayının 13-dən 14-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqılanıb. 

DİN-in Mətbuat Xidmətindən News 24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verillib. 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş veirib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edillib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılmışdır.