Ailənin qızı oğlana, oğlu isə qıza çevrildi - ŞOK HADİSƏ – FOTO- VİDEO
    • 14-09-2019, 13:48
    • 1 051

Ailənin qızı oğlana, oğlu isə qıza çevrildi - ŞOK HADİSƏ – FOTO- VİDEO

ABŞ-da bir ailənin iki üzvü – bacı-qardaş cinsiyyətlərini dəyişib. 

News24.az-ın xarici mətbuata istinafla verdiyi xəbərə görə, cərrahi müdaxilədən sonra bacı qardaşa, qardaş isə bacıya çevrilib. 
Makqerati ailəsinin oğlu Russi uşaqlıdan qadın paltarı geyinib qızlarla oynamağı sevirdi. Qızları Ali isə balacalıqdan oğlanlarla dostluq edib futbol oynamaa həvəs göstərirdi.

Uşaqlar böyüdükcə onların əks cins meylliliyi daha da artıb. Onların bu anormal davranışlarından narahat olan valideynlər oriyentasiya pozğunluğu ilə bağlı övladları ilə ciddi söhbət ediblər. Nəticədə onlar övladları ilə razılaşmaqdan başqa çıxış yolu olmadığını anlayıblar.Bu üzdən oğlanlarının qız, qızlarınınsa oğlan olması ilə bağlı cərraha müraiət etmələrinə icazə veriblər.

Cərrahi müdaxilədən sonra 17 yaşlı Ali Gavin adlı oğlana, 20 yaşlı Russi isə Rey adlı qıza çevrilib. 
Valideynlər onlara bu haqda verilən sualları belə cavablayıblar: 
"Bizi tanıyanlat  tez-tez nə itirdiklərimi soruşurlar, amma nəsə itirdiyimi düşünmürəm. Hələ də bir oğlum və bir qızım var", — deyə missis Makqerati bildirib. 

İndi oğlan sevgilisi olan Ray, öz təcrübəsini bölüşür və transseksual qadının həyatı haqqında danışan video bloq hazırlayır. 
O, daha qadınca görünmək üçün üzündə ciddi və çox ağır plastik əməliyyat keçirib. “Qardaş”ı Gavin də tezliklə oxşar əməliyyat  keçirməyi planlaşdırır.  Belə ki, o, keçmişi xatırladan süd vəziləri aradan qaldırmaq fikrindədir.