Bakıda itkin düşmüş azyaşlı bacı-qardaş TAPILDI - FOTO
    • 16-08-2019, 15:25
    • 1 207

Bakıda itkin düşmüş azyaşlı bacı-qardaş TAPILDI - FOTO

Bakıda itkin düşən bacı-qardaş Bərdə rayonunda tapılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşları azyaşlıları qohumlarına təhvil veriblər.

Uşaqların anası Çiçək Abbasova  bildirib ki, övladları Bərdə rayonu ərazisində tapılıblar: “Uşaqları evimdə qonaq etdiyim Gözəl adlı xanım oğurlayıb. Hal-hazırda uşaqlar Bərdədədir. Bərdədə qohumlarım var orada qalacaqlar. Mən də indi Bakıdan çıxıb Bərdəyə gedirəm”.


****
10:50


Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.

News24.az-ın xəbərinə görə, Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər. Hadisə baş verən vaxt uşaqların anası işdə olub.

Uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub.

Uşaqlarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.