İDEA İctimai Birliyi və AzGF təşkilatçılığı ilə Bakı çimərliyində iməcilik təşkil etdi -foto- video
    • 14-09-2019, 16:01
    • 1 085

İDEA İctimai Birliyi və AzGF təşkilatçılığı ilə Bakı çimərliyində iməcilik təşkil etdi -foto- video

Bu gün Bakıətrafı çimərliklərin birində İDEA İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun (AzGF) təşkilatçılığı ilə iməcilik həyata keçirilib.

AzGF-dən News24.az-a verilən məlumata görə, aksiyada ümumilikdə tələbə gənclər təşkilatı sədr və müavinləri, könüllülər və 300-dən çox  tələbə iştirak edib. Könüllü tələbələr avtobuslarla məkana aparılıb və lazımi ləvazimatlarla təmin edilib.

Aksiyada Azərbaycan Tələbə Gənclər Təşkilatları (TGT) İttifaqı könüllüləri xüsusilə fəal iştirak edib. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakıdakı filialının TGT-nin sədr müavini Nihat Cəbiyevin News24.az-a verdiyi məlumata görə, bu tələbələrin iştirak etdiyi ikinci belə aksiyasıdır: “Birinci aksiya Balaxanı ərazisində olmuşdu, bu dəfə çimərlikdə təşkil olundu. Bu gün tələbələr çimərlik ərazisindən məişət tullantılarını topladı, təmizlik işləri apardı. Əsas məqsədimiz çimərlik ərazisində ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Düşünürəm ki, ətraf mühitin mühafizəsi hər bir vətəndaşın borcudur”.

Afaq Mirayiq