Hacı Nuran dilə gəldi:
    • 16-09-2019, 11:54
    • 827

Hacı Nuran dilə gəldi: "Kiminsə mənimlə qərəzi olduğunu ağlıma gətirməzdim..."

Ötən gün aparıcı Hacı Nuran Hüseynov ilə bağlı mediada yeni xəbərlər yer alıb. İddia olunub ki, Hacı Nuranın Azad Azərbaycan (ATV) - də "Həyat" layihəsi yekünlaşıb. Əvəzinə isə Xəzər Televiziyasında vaxtilə yayımlanan "Xeyir körpüsü" başlayacaq.

News24.az bildirir ki, aparıcı sosial şəbəkədə bu xəbəri yalanlayıb: "Əziz həmkarlar, hörmətli kolleqalar jurnalistikanın çox etik bir qanunu var: informasiya birtərəfli yazılmaz, mütləq qarşı tərəfin fikri öyrənilməlidir. Öyrənilmirsə bu, qərəzdir. Yaşadığım bu ömür payında mənimlə kiminsə qərəzi olduğunu ağlıma belə gətirməzdim. Çünki həmişə əl tutdum, kömək etdim. Xəstə yatağında belə xalqımı düşündüm. Milyonların arzusunu, istəyini nəzərə alıb, televiziya layihələri hazırladım. Bu layihələrin hansı kanalda yayımlanması əgər kimlər üçünsə qaranlıqdırsa deyim: istər Xəzər TV, istərsə də ATV olsun mənə dost, qardaş olan kanallardır və hər ikisinin qapısı həmişə mərhəmətin, xeyirxahlığın üzünə açıq olub. Bu səbəbdəndir ki, mənim “Həyat” layihəm ATV tamaşaçısının ən sevilən verilişlərindəndir və düşünəndə ki hər kanalın öz tamaşaçısı var, digər bir layihəyə doğma bir tv-də - Xəzər TV-də başlamaq qərarına gəldim. Bir az fərqli kontekstdə amma təklif bəyənildi və inşallah yeni mövsümdən Xəzər TV-də də bir “Xeyir körpüsü” salınacaq. Yəni anladığınız qədər Hacı Nuran heç bir yerə transfer olunmayıb. Verilişlər hər iki kanalda gedəcək və sağ olsun hər iki kanal rəhbərliyi ki məni seçim qarşısında qoymaylblar".

Sevda Bayramova