-
- 25-04-2024, 23:00
- 281
Britaniya kralından mühacirlər haqqında qanun layihəsi
Britaniya kralı ölkədən qeyri-qanuni mühacirlərin Ruandaya deportasiyasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
News24.az xəbər verir ki, baş nazir Rishi Sunak qeyri-qanuni mühacirləri Ruandaya deportasiya edəcək təyyarələrin 10-12 həftə ərzində havaya qalxacağını açıqlayıb.
Mübahisəli "Ruanda Planı" nədir?
İngiltərə hökuməti 2022-ci ilin aprel ayında hazırlanan “Ruanda Planı” çərçivəsində qeyri-qanuni mühacirləri, ölkəyə qeyri-qanuni yollarla daxil olan və sığınacaq istəyənləri Ruandaya göndərmək məqsədini açıqlayıb.
Günel Məlikzadə