-
- 17-09-2019, 15:04
- 1 611
"Üzeyir bəyin adını ləkələyirlər" - SİYAVUŞ KƏRİMİ - MÜSAHİBƏ - FOTO
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Üzeyir Musiqi Günü kimi qeyd olunur.
Bu münasibətlə Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi News24.az-a özəl müsahibə verib:
- Siyavuş müəllim, sənət adamına öncə yaradıcılığı barədə sual verərlər. Biz də ənənəyə sadiq qalıb ilk olaraq yaradıcılığınızdakı yenilikləri öyrənmək istərdik.
- Bu yaxınlarda Səmərqənd şəhərində festivalda iştirak etdik, nailiyyətlərimiz oldu. İşlər, planlar və arzular çoxdur, yaradıcılıq heç vaxt dayanmır. Ümumiyyətlə, mən planlarımıı öncədən deməyi sevmirəm. Həyata keçirib sonra danışıram.
“Hər şeyi dövlətdən gözləmək olmaz...”
- Musiqimizin hazırki vəziyyətini necə dəyərləndirirsiniz?
- Milli musiqimiz hazırda inkişaf dövrünü yaşayır. Sənətçilərimiz milli mədəniyyətimizi xaricdə olduqca yüksək şəkildə təbliğ edir. Çünki Azərbaycan mədəniyyətinin zəngin və dərin keçmişi var. Onu hər zaman qorumalıyıq. Üzeyir Hacıbəyli, Tofiq Quliyev, Vaqif Mustafazadə kimi sənətkarların adı musiqi mədəniyyətimizə əbədi həkk olunub və yaşayacaq. Heydər Əliyev Fondu tərəfindən tədbirlər, festivallar, konsertlər, layihələr həyata keçirilir. Ancaq bununla kifayətlənməməliyik. Hər şeyi dövlətdən gözləmək olmaz axı...
“Mədəniyyət atəşlə, tüfənqlə qorunmur”
İlk növbədə istərdim ki, iş adamlarımız, bank sahiblərimiz mədəniyyətimizin inkişafında addım atsınlar, maddi dəstək versinlər. Məsələn Səmərqənddə festivalda bir türk qız Azərbaycanın milli rəqsini ifa elədi və dedi ki, bu, erməni musiqisidir. Beləsinə nə deyim? Tüfənglə öldürüm?! Axı, mədəniyyət atəşlə, tüfənglə qorunmur. Belə halları görəndə çox məyus oluram. Mədəniyyətimizi qorumaq istiqamətində hər yerə müraciət etmişik. Ermənilərin bizim mədəniyyətimizi oğurlamasına birdəfəlik çarə tapılmalıdır, çünki vəziyyət çox gərgindir. Klassik, milli, bir sözlə, səviyyəli musiqiyə tələbat yoxdur. Gənclərimiz, gözəl səsli musiqiçilərimiz çoxdur, amma problemlərimiz də az deyil. Alətlərimiz çatışmır. Sadaladığım problemlərə rəğmən, mədəniyyətimizi dünyada artıq tanıyırlar, bu isə sevindirici məqamdır.
“Gecikmişik...”
- Dünyaya tanınmaq üçün sizcə gecikməmişik?
- Azərbaycan mədəniyyətini hər bir tərəfdən sıxırlar. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra addımlar atmağa başlayıb. Musiqiçilərimiz bu cür şəraitdə iş görməyə çalışırlar, amma haqlısız, gecikmələr də var, razıyam.
“Azərbaycanın şou kanallarını izləmirəm, övladlarıma da, icazə vermirəm”
- Milli musiqi günü bilavasitə dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Sizcə, hazırda bu adı ləkələyənlər var?
- Sözsüz ki… Azərbaycan mədəniyyətində, musiqisində nə qədər yaxşı varsa, o qədər də üzücü məqamlar var. Hazırda sosial şəbəkələrdə, televiziyalarda çıxış edənlərin əksəriyyəti, bəlkə də elə Üzeyir bəyin adını ləkələyir. Evimdə Azərbaycanın şou kanallarını izləmirəm, övladlarıma da, icazə vermirəm. Çünki biabırçı və artıq şeylər çoxldur. Şou-biznes, toy bazarına qoşulanlar sənəti satırlar. Daha bir problem isə müəllimlərimizin maaşıdır. Onların maaşları heç ağıza alınası deyil. Bu, barədə hər yerə yazmışıq, məktublar, müraciətlər etmişik, amma nə fayda… Əvvəllər camaat musiqi müəllimi olmaq istəyərdi, çünki bu peşə professor olmaqdan da nüfuzlu idi. İndi isə hər şey əksinədir.
“Konservatoriyanı bitirirlər, sonra da maşınyuyan işləyirlər”
- Gəncləri dinləyirsiniz? Kimi daha çox bəyənirsiniz?
- Əlbəttə dinləyirəm. Təkcə bizim konservatoriyada nə qədər istedadlı uşaq var. Bir tərəfdən buna sevinirəm, digər tərəfdən isə o uşaqlara yazığım gəlir. Tələbə buranı bitirəndən sonra neynəsin, hara getsin? Musiqi alətləri üzrə fakültəni bitirirlər, sonra da mağazada kassir, ya da maşınyuyan işləyirlər. Çünki sanballı musiqidə qazanc yoxdur. Ona görə də, valideynlər övladlarını musiqiyə yönəldəndə ancaq toy tutmaq məqsədi güdürlər.
Bütün telekanallarda Bədii Şura olmasına ehtiyac yoxdur
- Televiziyalarımızdan narazısız. Sizcə, bütün televiziyalarda Bədii Şuralar olmalıdır?
- Bu yaxınlarda televiziyaların birindən Bədii Şuraya üzv seçilmək üçün təklif aldım və qəbul etdim. Düşünürəm ki, bütün televiziyalarda Bədii Şuraya ehtiyac yoxdur. Ancaq biri ilə kifayətlənib şuranın inkişafı istiqamətində işlər aparılmalıdır. Televiziya tərbiyə xarakteri daşımalıdır. Televizoru açırsan, görürsən ki, ancaq Avropadan bizə gələn mənfi şeylər nümayış olunur. Belə olmaz. Azərbaycana, islam ölkəsinə yaraşmayan məqamlar çoxdur.
- 18 sentyabr "Milli Musiqi günü"nü Konservatoriya necə qeyd edəcək?
- Öncə ənənəvi olaraq dahi Üzeyir Hacıbəylinin məzarı ziyarət olunacaq. Daha sonra bütün musiqi ocaqlarında olduğu kimi, bizim konservatoriyada da silsilə tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, 1995-ci ildə milli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Sevda Bayramova
Fotolar- Fərid Şabanov