" Üzeyir Hacıbəyli milli musiqi sənətimizin və tariximizin silinməz izidir"- ƏBÜLFƏS QARAYEV - FOTOLAR - VİDEO
    • 18-09-2019, 11:32
    • 1 242

" Üzeyir Hacıbəyli milli musiqi sənətimizin və tariximizin silinməz izidir"- ƏBÜLFƏS QARAYEV - FOTOLAR - VİDEO

Paytaxtda Üzeyir Hacıbəyli adına 11-ci musiqi festivalı başlayıb.

News24.az xəbər verir ki, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı olan tədbir ilk olaraq Fəxri Xiyabanda gerçəkləşib. Dahi bəstəkarın məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Tədbiri açıq elan edən Mədəniyyət Naziri Əbülfəs Qarayev bildirib ki, Üzeyir Hacıbəyli milli musiqi sənətimizin və tariximizin silinməz izidir. Dünyanın aparıcı medialları sözügedən festival haqqında məllumatlıdırlar.

Ölkə başçısı cənab İlham Əliyev və Azərbaycan xalqı dahi bəstəkarın yaradıcılığını daim uca tutur və dərin ehtiramla yad edir.
Sonra Xalq artisti, Baki Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək vurğulayıb ki, Üzeyir Hacıbəyli festivalına böyük maraq və məhəbbət var. İnanırıq ki, dahi bəstəkarın adı ilə bağlı olan festival tezliklə Qarabağda keçiriləcək. Üzeyir Hacıbəyli məktəbi, musiqimizin əsas silahıdır. "Arşın mal alan"-ı dünyada tanıyırlar bu isə qürurlandırıcı məqamdır. Bu gün bayramla kədər bir yerdədir, inanırıq ki, bu bayram Dağlıq Qarabağda keçiriləcək. Üzeyir bəyin qoyduğu məktəb, milli musiqimizin əsas silahdır.

Daha sonra Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov festival çərçivəsində keçirilən və görkəmli bəstəkara həsr edilmiş tədbirlərin əhəmiyyətindən danışıb. Xalq artisti bəstəkarın yubileyinin qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin və festivalların keçirilməsini respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib.

Qeyd edək ki, Üzeyir festivalı Azərbaycanın bölgələrində də qeyd olunacaq.

Daha sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında "Şəbi-hicran"ı səsləndirib.

Ardınca Milli Lider Heydər Əliyevin, tanınmış oftolmoloq Zərifə Əliyevanın və görkəmli musiqiçi Müslüm Maqomayevin məzarları ziyarət olunub üzərilərinə tər güllər düzülüb..

Festivalın ilk gününün növbəti tədbiri Azərbaycan Milli Konservatoriyasına baş tutub. Bədii hissədə Konservatoriyanın tələbə orkestri və xoru Azərbaycan süitası və Qarabağ şikəstəsi ifa ediblər.

Daha sonra isə Milli İncəsən Muzeyində güllələnmiş heykəllər - Natavanın, Bülbülün və Üzeyir Hacıbəylinin büstləri üzərinə əkil qoyulub.

Mədəniyyət naziri Əbülfəs Qarayev vurğulayıb ki, bütün Azərbaycan xalqının tək istəyi var, o da tezliklə torpaqlarımızın azadlığa qovuşması və büstlərin müvəqqəti yerindən öz məkanına- Qarabağa Cıdır düzünə yerləşdirilməsidir.

"Milli Musiqi" gününə həsr olunan digər tədbir Baki Musiqi Akademiyasında keçirilib. Tədbirdə çıxış edən Baki Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyli adına 11-ci Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən söhbət açıb. O, bildirib ki, Azərbaycan xalqı musiqimizi, Üzeyir bəyi tanımalıdır. Bəzi sosial şəbəkələrdə səhv məllumatlar dərc olunur, ona görə də araşdırıb, məllumatlı olmalıyıq. Çünki Azərbaycan musiqizi qızıl bir incidir".

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəylinin böyüklüyündən və yaradıcılığından söhbət açıb. Qeyd edib ki, Üzeyir Hacıbəyli böyük bəstəkarlıq məktəbinin yaradıcısıdır. Şərqin heç bir ölkəsində belə bir məktəb yoxdur. Üzeyir məktəbi təbliğ olunmalıdır. Bu yaxınlarda Almaniyada Nəsiminin 850 illiyinə həsr olunan tədbir keçirilib. Orada Azərbaycan musiqisi səsləndirilib. Festival çərçivəsində 50-yə yaxın tədbirlər keçirələcək".

Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi musiqisevərləri "Milli Musiqi" günü münasibətiylə təbrik edib.

Sonra Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri və solistləri Üzeyir Hacıbəylinin 'Koroğlu uvertürası" və "Cəngi"ni səsləndiriblər.

Sevda Bayramova
Foto-Video: Fərid Şabanov