"Çox istərdik, Üzeyir bəyin musiqiləri Şuşamızda səslənsin" - XURAMAN VƏ FİDAN QASIMOVALAR
    • 18-09-2019, 12:41
    • 1 437

"Çox istərdik, Üzeyir bəyin musiqiləri Şuşamızda səslənsin" - XURAMAN VƏ FİDAN QASIMOVALAR

Üzeyir Musiqi Festivalının ilk təşəbbüskarlarından biri dəyərli mayestro Niyazi olub. Mayestro hələ illər əvvəl Üzeyir bəyin heykəlinin önündə orkestrini toplayıb bizi də dəvət etmişdi. Biz Fidan xanımla bu festivalın ilk başlayanlardanıq. Bununla da fəxr edirik".

News24.az xəbər verir ki, bu sözləri Xalq artistləri Fidan və Xuraman Qasımova bacıları festivalın ilk günündə söyləyiblər.

" Biz arzu edirik ki, Üzeyir bəyin adı daim yaşasın. Nə qədər Azərbaycan xalqı, musiqisi var, onun adı yaşayıb, yaşayır və yaşayacaq. Çox istərdik ki, Üzeyir bəyin musiqiləri onun vətənində, Şuşamızda səslənsin. Çünki o, buna layiqdir. O yerdə ki, biz vaxtı ilə qarış-qarış gəzib, ifalarımızı səsləndirmişik. Qarabağın kəndlərində, şəhəhərlərində milli musiqimizin, orkestrimizin sədaları gəlsin".

Sevda Bayramova